EN

Bakida V “Qələbə qaçışı” təşkil edildi

BAKI, 2 noyabr. TELEQRAF

Bakıda Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 5-ci ildönümünə həsr olunmuş “Qələbə qaçışı” adlı növbəti xeyriyyə tədbiri təşkil edilib.

Bakı Şəhər Halqasından Teleqraf-a verilən məlumata görə, qaçış Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilib və “Qürurla irəli” şüarı altında baş tutub. Startdan öncə Dövlət Himni səsləndirilib, Vətən müharibəsində canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Qələbə qaçışı”nın iştirakçıları Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından start götürüblər. Qaçış 10 km məsafəni əhatə edib.

1700-dən çox iştirakçının qeydiyyatdan keçdiyi qaçışda Bəxtiyar Əsgərli kişilər kateqoriyasında birinci olub. Faqət Quliyev yarışı ikinci, Elşad Nəsibov isə üçüncü pillədə başa vurublar. Qadınlar arasında isə Anna Yusupova, Natalya Vallek və Yuliya Belkova ilk üçlükdə qərarlaşıblar.

Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Milli Qəhrəman, general-polkovnik Mədət Quliyev, Olimpiya çempionu, “İdman veteranları” İctimai Birliyinin sədri Zemfira Meftaxetdinova, Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev və başqalarıtəqdim ediblər.

Qeydiyyat zamanı toplanan vəsait “YAŞAT” Fonduna ianə ediləcək.

Qeyd edək ki, “Qələbə qaçışı” 2021-ci ildən ənənəvi olaraq hər il keçirilir.

Chosen
57
12
teleqraf.com

10Sources