AZ

“Qələbə qaçışı”nın qalibləri müəyyənləşib

Bakıda Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 5-ci ildönümünə həsr olunmuş “Qələbə qaçışı” adlı xeyriyyə tədbiri təşkil olunub.

90deqiqe.Az xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə, “Qürurla irəli” şüarı altında baş tutub. Startdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla anılıb.

“Qələbə qaçışı” Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsi yaxınlığından start götürüb və 10 kilometrlik məsafəni əhatə edib.

Bu ilki xeyriyyə tədbirində 1700-dən çox iştirakçı qeydiyyatdan keçib. Kişilər arasında Bəxtiyar Əsgərli birinci, Faqət Quliyev ikinci, Elşad Nəsibov isə üçüncü yeri tutub. Qadın iştirakçılar arasında isə Anna Yusupova, Natalya Vallek və Yuliya Belkova ilk üçlükdə qərarlaşıblar.

Qaçışda gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib. Tədbir çərçivəsində Dənizkənarı Milli Parkda iki gün ərzində əyləncə zonası fəaliyyət göstərib, gün isə konsert proqramı ilə yekunlaşıb.

Qeydiyyat zamanı toplanan vəsait “YAŞAT” Fonduna ianə ediləcək.

Xatırladaq ki, “Qələbə qaçışı” 2021-ci ildən etibarən ənənəvi şəkildə keçirilir.

Seçilən
32
5
90deqiqe.az

3Mənbələr