EN

Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirildi, vəzifəli şəxslər saxlanıldı

BAKI, 2 noyabr. TELEQRAF

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Qaradağ Rayon İcra Hakimiyyətində xüsusi əməliyyat tədbiri həyata keçirilib.

Teleqraf xəbər verir ki, əməliyyat zamanı bir neçə vəzifəli şəxs saxlanılıb.

Məlumata görə, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov, rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev və Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov məhkəmənin qərarı ilə 3 ay 28 gün müddətinə həbs edilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 32.5, 311.3.1, 311.3.2, 311.3.3 və 313-cü maddələri (rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı və s.) üzrə ittihamlar irəli sürülüb.

Chosen
25
50
teleqraf.com

10Sources