Noyabrın 18-də keçiriləcək "Sotheby’s" hərracında italiyalı müasir konseptual rəssam və heykəltəraş Mauritsio Kattelanın "Amerika” adlı 18 karatlıq saf qızıldan hazırlanmış unitaz əsəri satışa çıxarılacaq.
Əsərin başlanğıc qiyməti təxminən 10 milyon dollar təşkil edir. Bu, onun hazırlandığı qızılın dəyərinə bərabərdir.
2016-cı ildə hazırlanan unitazın çəkisi təxminən 100 kiloqramdır. Onun bir nüsxəsi 2019-cu ildə Blenheim sarayından oğurlanmış, digər versiyası isə Quggenhaym Muzeyində sərgilənmişdi.
