AZ

Qızıl unitaz hərraca çıxarılır Foto

ain.az bildirir, Axsham.az portalına istinadən.

Noyabrın 18-də keçiriləcək "Sotheby’s" hərracında italiyalı müasir konseptual rəssam və heykəltəraş Mauritsio Kattelanın "Amerika” adlı 18 karatlıq saf qızıldan hazırlanmış unitaz əsəri satışa çıxarılacaq.

Axşam.az xəbər verir ki, əsərin başlanğıc qiyməti təxminən 10 milyon dollar təşkil edir. Bu, onun hazırlandığı qızılın dəyərinə bərabərdir.

2016-cı ildə hazırlanan unitazın çəkisi təxminən 100 kiloqramdır. Onun bir nüsxəsi 2019-cu ildə Blenheim sarayından oğurlanmış, digər versiyası isə Quggenhaym Muzeyində sərgilənmişdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
9
axsam.az

10Mənbələr