EN

İran məhv edilmiş nüvə obyektlərini bərpa edəcək – Məsud Pezeşkian


İran Prezidenti Məsud Pezeşkian ölkənin İsrail və ABŞ qüvvələri tərəfindən zədələnən nüvə obyektlərini və qurğularını bərpa edəcəyini bəyan edib.
Yeniavaz.com
“Mehr” agentliyinə istinadən xəbər verir ki, Pezeşkian bu barədə iranlı nüvə alimlərinin nailiyyətlərinə həsr olunan sərgiyə baş çəkərkən bildirib.
O, 12 günlük müharibə zamanı həlak olanları və İranın nüvə alimlərini ehtiramla yad edib, onların səylərini “elmi cihad və millətə səmimi xidmət” kimi qiymətləndirib.
Pezeşkian qeyd edib ki, iranlı alimlərə qarşı düşmən münasibəti və onların qətlə yetirilməsi, İranın elmi və texnoloji müstəqilliyindən narahat olan böyük dövlətlərin təzyiqlərinin göstəricisidir.
Chosen
44
1
yeniavaz.com

2Sources