AZ

İran məhv edilmiş nüvə obyektlərini bərpa edəcək Məsud Pezeşkian

Yeniavaz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İran Prezidenti Məsud Pezeşkian ölkənin İsrail və ABŞ qüvvələri tərəfindən zədələnən nüvə obyektlərini və qurğularını bərpa edəcəyini bəyan edib.

Yeniavaz.com “Mehr” agentliyinə istinadən xəbər verir ki, Pezeşkian bu barədə iranlı nüvə alimlərinin nailiyyətlərinə həsr olunan sərgiyə baş çəkərkən bildirib.

O, 12 günlük müharibə zamanı həlak olanları və İranın nüvə alimlərini ehtiramla yad edib, onların səylərini “elmi cihad və millətə səmimi xidmət” kimi qiymətləndirib.

Pezeşkian qeyd edib ki, iranlı alimlərə qarşı düşmən münasibəti və onların qətlə yetirilməsi, İranın elmi və texnoloji müstəqilliyindən narahat olan böyük dövlətlərin təzyiqlərinin göstəricisidir.

İran lideri həmçinin vurğulayıb ki, Tehran dəfələrlə nüvə silahı hazırlamağın onun gündəmində olmadığını bəyan edib: “Dünya gücləri bu faktı yaxşı anlayır, lakin onlar bu yalan bəyanatdan İranın irəliləyişinə mane olmaq üçün bəhanə kimi istifadə edirlər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
yeniavaz.com

2Mənbələr