Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.

Offsideplus.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının əsas mərhələsində noyabrın 4-də keçiriləcək “Slaviya” (Praqa, Çexiya) – “Arsenal” (İngiltərə) qarşılaşmasını idarə edəcək.

Ağayevə bu oyunda Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.