EN

Təcili Tibbi Yardım Mərkəzi böyük avtomobil ehtiyat hissələri və akkumulyator alır – 617 min AZN-ə

“Respublika Təcili və Təhirəsalınmaz Tibb Yardım Mərkəzi” publik hüquqi şəxsi tərəfindən keçirilən tender nəticəsində “AZ BATTERY” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib olub.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, qalib şirkət ilə 617.170,68 AZN dəyərində müqavilə bağlanması gözlənilir. Müqavilə çərçivəsində Mercedes-Benz, Mercedes Sprinter, Fiat Dobla XL, Ford Transit Crafter və digər avtomaşınlar üçün ehtiyat hissələr, avtoşinlər, akkumulyatorlar, mühərrik və transmissiya yağı, istismar mayeləri və sairə satın alınacaq.

Tender üzrə bəzi detallar belədir:

Avtoşinlər: 205/65R/16C (400 ədəd), 225/75R/16C (200 ədəd), 205/55/16 (4 ədəd), 215/60/16 (4 ədəd) və digər ölçülər;

Akkumulyatorlar: müxtəlif güc və ölçülərdə, texniki xidmət tələb olunmayan, istehsal ili 2025; ümumilikdə 250-dən çox ədəd;

Təkər sinfi, yanacaq səmərəliliyi, yaş tutumu və xarici səs-küy sinfi üzrə standartlara uyğun məhsullar alınacaq;

İstehsal ili: 2025, istifadə mövsümü: 4 fəsil.

Məlumatda qeyd olunur ki, tenderin qalibi İlkin Zeynalov Əvəz oğlu ilə əlaqədardır və şirkətin nizamnamə kapitalı 20 manat təşkil edir.

Xatırladaq ki, Mirələm Cəlalov 2023-cu ildə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə direktor təyin olunub.

Chosen
22
1
nocomment.az

2Sources