EN

Futbol ulduzunun gənclik hekayəsi: Qorxu, hədə və xilas

Futbol dünyasının ən istedadlı hücumçularından biri sayılan Dimitar Berbatov gənclik illərində başına gələn inanılmaz hadisəni danışıb.

Fanat.Az xəbər verir ki, bolqar ulduz 18 yaşında olarkən o dövrdə futbol karyerasını "CSKA Sofiya"da davam etdirirdi. O, bir komanda yoldaşının dəvəti ilə “tanışlıq məqsədilə” bir restorana gedib, lakin orada həyatını dəyişdirə biləcək bir vəziyyətlə üzləşib:

“Məşqdən sonra avtomobilim yox idi. Komanda yoldaşım "gəl, səni bəzi adamlarla tanış edim" dedi. Güvəndiyim üçün onunla getdim. Restorana çatdıq, masada oturduq. Qarşımızda tanımadığım adamlar vardı. Yoldaşım birdən "sən otur, mən gedirəm" dedi. Hiss etdim ki, nəsə düz deyil.”

Berbatov bildirib ki, həmin şəxslər onu başqa kluba aparmaq istəyirmiş:

“Məni öz komandalarına gətirmək istədiklərini dedilər. Amma mən "CSKA Sofiya ilə müqaviləm var" deyirdim. Mənə atamla əlaqə saxlamağa icazə vermədilər. İki saat sonra başa düşdüm ki, məni qaçırmaq istəyirlər.”

Hadisə, gənc futbolçunun həyatı üçün dönüş nöqtəsi olub:

“Böyük adamlar öz aralarında danışdı və transferin baş tutmayacağına qərar verdilər. Düşünürdüm ki, ya döyəcəklər, ya da harasa aparacaqlar. Birdən atam gəldi və məni oradan çıxardı. O gün anladım ki, həyatda çox tez böyüməliyəm və artıq uşaq deyil, kişi kimi davranmalıyam.”

Berbatovun bu açıqlaması futbol ictimaiyyətində böyük maraq doğurub və onun keçmişindəki dramatik məqamları bir daha üzə çıxarıb.

Kamil Xudiyev

Chosen
17
1
fanat.az

2Sources