AZ

Futbol ulduzunun gənclik hekayəsi: Qorxu, hədə və xilas

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Futbol dünyasının ən istedadlı hücumçularından biri sayılan, karyerasını yaxın keçmişdə bitirən Dimitar Berbatov gənclik illərində başına gələn inanılmaz hadisəni danışıb.

Fanat.Az xəbər verir ki, bolqar ulduz 18 yaşında Sofiya MOİK-ində top qovduğu dönəmdə yaşadıqlarını nəql edib.

O, komanda yoldaşının dəvəti ilə bir restorana gedib, lakin orada qorxunc reallıqla üzləşib:

“Məşqdən sonra avtomobilim yox idi. Komanda yoldaşım "gəl, səni bəzi adamlarla tanış edim" dedi. Güvəndiyim üçün onunla getdim. Restorana çatdıq, masada oturduq. Qarşımızda tanımadığım adamlar vardı. Yoldaşım birdən "sən otur, mən gedirəm" dedi. Hiss etdim ki, nəsə düz deyil”.

Berbatov bildirib ki, həmin şəxslər onu başqa kluba aparmaq istəyirmişlər:

“Məni öz komandalarında görmək istədiklərini söylədilər. Amma mən klubum ilə müqaviləm var" deyirdim. Mənə atamla əlaqə saxlamağa icazə vermədilər. İki saat sonra başa düşdüm ki, məni qaçırmaq istəyirlər".

Hadisə gənc futbolçunun həyatının dönüş nöqtəsi olub:

“Böyük adamlar öz aralarında danışdılar və transferin baş tutmayacağına qərar verdilər. Düşünürdüm ki, ya döyəcəklər, ya da harasa aparacaqlar. Birdən atam gəldi və məni oradan çıxardı. O gün anladım ki, həyatda çox tez böyüməliyəm və artıq uşaq deyil, kişi kimi davranmalıyam”.

Berbatovun bu açıqlaması futbol ictimaiyyətində böyük maraq doğurub və onun keçmişindəki dramatik məqamları üzə çıxarıb.

Kamil Xudiyev

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
1
fanat.az

2Mənbələr