EN

​Enerji içkisi içən 16 yaşlı oğlan öldü

Enerji içkisi növbəti dəfə faciəyə səbəb olub.

Metbuat.az xəbər verir ki, hadisə Türkiyənin İzmir şəhərində baş verib. Araqla enerji içkisini qarışdıran 16 yaşlı Alp Sirekin həyatını xilas etmək mümkün olmayıb.

Xəstəxanadan verilən açıqlamada yeniyetmənin ölümünə enerji içkisinin səbəb olduğu bildirilib.

Faktla bağlı araşdırma başlanılıb.

Alp Sirekin enerji içkisini aldığı marketin sahibi istintaqa cəlb olunub.

Chosen
7
1
metbuat.az

10Sources