EN

Nilüferdən AÇIQLAMA: “Bakıya 3-cü dəfədir gəlirəm, amma ilk dəfə bunu edəcəyəm…” - EKSKLÜZİV/VİDEO

Türkiyənin məşhur müğənnisi Nilüfer Bakıya gəlib.

Bizim.Media-nın məlumatına görə, o, bu gün Bakı Konqres Mərkəzində konsert verib.

Sənətçi konsertdən öncə jurnalistlərlə həmsöhbət olub.

Nilüfer deyib ki, Bakıya üçüncü gəlişidir:
 

“Əvvəla salam, sevgili azərbaycanlı dostlarım. Azərbaycana üçüncü dəfədir gəlirəm, lakin ilk dəfədir burada biletli konsert verəcəm. Ona görə də çox xoşbəxtəm. Mənə maraqlıdır, görəsən, bütün mahnılarımı bilirlərmi, mənimlə birgə oxuyacaqlarmı… Maraqlıdır. Əlbəttə Azərbaycan haqda bilirəm, sosial media dövrüdür, İnstagramdan da mənə yazırlar. Bilirəm ki, izləyicilərim var. Dost Azərbaycanı həmişə özümüzə yaxın hiss edirik”.


Eksklüziv görüntüləri təqdim edirik:


Sara, Bizim.Media

Chosen
59
1
bizim.media

10Sources