EN

Tramp HƏMAS-ı HƏDƏLƏDİ

"Fələstinin HƏMAS hərəkatı lazım gələrsə məhv ediləcək".

Publika.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp CBS telekanalına müsahibəsində bildirib.

"Əgər mən onların tərksilah edilməsini istəsəm, onları çox tez tərksilah etməyə məcbur edəcəm. Onlar məhv ediləcəklər", - Amerika lideri deyib.

Onun sözlərinə görə, hərəkat bundan xəbərdardır.

Ağ Ev rəhbəri həmçinin xəbərdarlıq edib ki, “HƏMAS lazım olduğu kimi davranmasa, dərhal məhv edilə bilər”.

Chosen
53
publika.az

1Sources