EN

Antarktida əriyir – bütün şəhərlər su altında qala bilər: elm adamları

Alimlər hesab edirlər ki, istixana qazı emissiyaları artmaqda davam edərsə, bu ssenari reallığa çevriləcək.

QHT.Az xəbər verir ki, Sorbonna Universitetinin alimlərinin Nature jurnalında dərc olunan yeni araşdırmasına görə, Antarktida buz rəflərinin 59%-ə qədəri 2300-cü ilə qədər çökə bilər. Bu, dəniz səviyyəsinin təxminən 10 metr yüksəlməsinə və bir çox şəhərlərin su altında qalmasına səbəb olacaq.

Araşdırma göstərir ki, istixana qazı emissiyaları azaldılmasa, Böyük Britaniyada London, Bristol, Qlazqo, ABŞ-da Mayami, Hyuston, Yeni Orlean, Asiyada isə Şanxay, Banqladeş, Kəraçi kimi şəhərlər su altında qala bilər.

Alimlər bildirirlər ki, buz rəfləri Antarktidanın “qoruyucu kəməri” rolunu oynayır — onların dağılması okeana buz axınını sürətləndirir. Simulyasiyalar göstərib ki, emissiyalar azaldılarsa yalnız bir, artarsa isə 38 buzlaq məhv olacaq.

Son illər Antarktidada 332 nəhəng kanyon və buzun altında qalmış qədim çay sistemləri də aşkar edilib ki, bu da regionun uzunmüddətli geoloji tarixini və gələcək dəyişikliklərin miqyasını göstərir.

 

R.İmanov

Chosen
55
qht.az

1Sources