EN

Yerin də "yaddaşı" var imiş

Yerin

Yer torpağı mikrobları "ekoloji yaddaşa" malikdir. Bunu İngiltərənin Nottingem Universitetinin Biologiya Məktəbinin və ABŞ-ın Kanzas Universitetinin tədqiqatçıları müəyyən ediblər.

Reyting.az
xəbər verir ki, "Nature Microbiology" elm jurnalında bir qrup alimin imzası ilə dərc olunmuş yeni araşdırmalara görə, torpaqdakı mövcud mikroorqanizmlər keçmiş iqlim şəraitinin izlərini daim təbiətə "xatırlatmaqla", Yer üzərindəki bitkilərin həyat tərzinə unikal şəkildə imkan yaradır və onların yeni streslərə uyğunlaşmasına yardım edir.

Kanzasdakı altı çöl ərazisindən götürülən torpaq nümunələrini analiz edən alimlər bununla da, yağış səviyyəsinin fərqlərinin mikrobların tərkibinə necə təsir etdiyini öyrəniblər. Aparılmış tədqiqatlar zamanı məlum olub ki, quraq bölgələrdəki bu cür mikroblar daha çox belə ərazilərdəki ot bitkilərinin quraqlığa davamlılığını artırır. Tədqiqatçılar qeyd ediblər ki, belə mikrobların təsiri qarğıdalıda müşahidə olunmayıb.

Birgə tədqiqatlara rəhbərlik edənNottingem Universitetinin alimi Qabriel Kastrillo bildirib ki, torpaq mikroblarının bu cür "ekoloji yaddaşı" gələcəkdə iqlim dəyişikliklərinə davamlı ola biləcək kənd təsərrüfatı sistemlərinin yaradılmasına çox böyük kömək edə bilər.

Oqtay QORÇU
Chosen
60
1
reyting.az

2Sources