"Tbilisi Şurası artıq paytaxt hökumətini təsdiqlədi. Bu mənim üçün çox emosional gündür, çünki üçüncü dəfə Tbilisi sakinlərinin etimadını qazanmağın necə böyük məsuliyyət olduğunu dərindən anlayıram. Bu dəstək bizə başladığımız islahatları davam etdirməyə və seçkiqabağı elan etdiyimiz planları həyata keçirməyə imkan verir. Bu həm də doğru yolda olduğumuzun təsdiqidir , paytaxtımızın gözəlləşməsi və inkişafı hamı üçün görünəndir", - Kaladze bildirib.
O, gələcəkdə də əhali ilə daim birbaşa ünsiyyətdə olacağını vurğulayıb:
"Hər bir seçiciyə, hər bir dəstəkçiyə təşəkkür edirəm. Sizə söz verirəm: səsiniz real işə çevriləcək. Mənə göstərdiyiniz sevgi və etimadı yaxşı görülmüş işlərlə qaytaracağam. Biz sizin xidmətinizdə yorulmadan çalışacağıq. Demək olar ki, hər gün şəhərin müxtəlif obyektlərində görülən işlərə baxış keçirir, sakinlərlə birbaşa təmasda oluruq. Həmçinin sosial şəbəkələr vasitəsilə də sizinlə aktiv ünsiyyətdə oluram. Dəstəyiniz mənə həm motivasiya verir, həm də daha çox çalışmağa sövq edir. Paytaxtımızın daha gözəl və səliqəli olması üçün əlimizdən gələni edəcəyik", - deyə Tbilisi meri qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31