EN

Rusiya ötən gecə Ukraynaya 138 dron, 12 raket atıb

Ötən gecə Rusiya ordusu Ukrayna ərazisinə 138 dron, 12 raket atıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Silahlı Qüvvələri yayıb.

Məlumata görə, raketlər arasında 3 ədəd “Kinjal”, 4 ədəd “İskəndər” və 5 ədəd S-300 zenit raketi olub.
 

Ukrayna Silahlı Qüvvələrinin (USQ) açıqlamasında qeyd olunur ki, bir “Kinjal” raketi vurulub.


Bundan əlavə, 138 uzaqmənzilli drondan 115-i məhv edilib. Raket və pilotsuz uçuş aparatlarının 11-i müxtəlif əraziyə düşüb.


Bizim.Media

Chosen
49
bizim.media

1Sources