EN

Yamal zədəsi ilə yaşamağı öyrənməlidir

Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik Yamalın oyun performansından danışıb.

QOL.az xəbər verir ki, baş məşqçi “Elçe”yə qarşı keçirilən La Liqanın 11-ci tur oyunundan (3:1) sonra fikirlərini bölüşüb. Flik bildirib ki, futbolçunun zədəsi hələ tam sağalmayıb:

“Bu zədə daim nəzarətdə saxlanmalıdır. O, çox intizamlıdır, məşqləri və prosedurları düzgün yerinə yetirir. Amma zədə tamam aradan qalxmayıb. Bəzən özünü göstərir, bəzən isə çəkilir. Onun bu vəziyyətlə yaşamağı və onu idarə etməyi öyrənməsi lazımdır”.

Qeyd edək ki, gənc hücumçu sözügedən oyunda komandasının üçüncü qolunun müəllifi olub. Ümumilikdə isə cari mövsümdə bütün turnirlərdə 9 oyunda 4 qol vurub və 5 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
25
1
qol.az

2Sources