EN

Diplomatik korpusun Cəbrayıl və Zəngilana səfəri beynəlxalq ictimaiyyətin Zəngəzur dəhlizi ilə ilk canlı təmasıdır - Cəlil Xəlilov

Bakı. Trend:

Diplomatik korpusun Cəbrayıl və Zəngilana səfəri beynəlxalqictimaiyyətin Zəngəzur dəhlizi ilə ilk canlı təmasıdır.

Bunu Trend-əaçıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr VeteranlarıTəşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, səfər sayəsində xarici diplomatlarişğaldan azad edilmiş ərazilərdə görülən işlərlə bağlı ətraflıməlumat əldə edib, inqilabi yenilikləri öz gözləri ilə müşahidəediblər:

“2025-ci ilin 31 oktyabr tarixində ölkəmizdə akkreditə olunmuşsəfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxslərinin Cəbrayılvə Zəngilan rayonlarına səfəri beynəlxalq birlik nümayəndələrininişğaldan azad edilən ərazilərə sayca 20-ci səfərdir və bu səfər hərmənada çox böyük əhəmiyyətə malikdir. Azərbaycan Prezidentininköməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələlərişöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə baş tutan səfərdə51 ölkə və 12 beynəlxalq təşkilatdan ümumilikdə 100-dən artıqnümayəndə iştirak edib ki, bu da Zəngəzur dəhlizinə olan marağınböyüklüyünə dəlalət edir.

Səfər zamanı diplomatlar Zəngəzur dəhlizi boyu görülən işlərlə,işğaldan azad edilən ərazilərdə dövlətimizin qısa zaman ərzindəhəyata keçirdiyi bir-birindən əzəmətli layihələrə tanış olublar.Səfər əsnasında əsas diqqət Zəngəzur dəhlizinin tikintisinə,sözügedən dəhlizin istifadəsinin regional iqtisadi inkişafaverəcəyi töhfəyə yönəlib.

Bundan öncəki səfərlər kimi bu səfər də dövlətimizin işğaldanazad edilən ərazilərdə gördüyü böyük işləri, xalqımızın quruculuqəzmini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq baxımındanmühüm önəm kəsb edirdi. Səfərdə iştirak edən diplomatlar,beynəlxalq təşkilatların təmsilçiləri Zəngəzur dəhlizinin açılışıüçün Azərbaycanın gördüyü irimiqyaslı işlərlə tanış oldular, həyatakeçirilən layihələrin miqyasından heyrətlərini ifadə etdilər. Busəfər bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan sülh ölkəsi,Azərbaycan xalqı isə yaradıcı xalqdır və onun inkişaf strategiyasıbütün regionun maraqlarına cavab verir.

Artıq bütün dünya əmindir ki, Azərbaycan RespublikasınınPrezidenti cənab İlham Əliyevin dəmir iradəsi, sonsuz qətiyyəti vəardıcıl səyləri nəticəsində Zəngəzur dəhlizi ən qısa zamandafəaliyyətə başlayacaq, bu fəaliyyət onlarla ölkənin sosial-iqtisadirifahının yaxşılaşmasına mühüm töhfə verəcək”.

Məqalədə:
Chosen
41
5
az.trend.az

6Sources