EN

Şərif Ağayar Nobel mükafatı alanda birinci mən özüm... Rəşad Səfərdən SƏRT İRAD

ain.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Şərif bəy Nobel mükafatı alanda birinci özüm zəng edib, təbrik edəcəm. Ümid edirəm, Nobel komitəsi çox gecikdirməz prosesi".Kulis.az xəbər verir ki, yazıçı Rəşad Səfər bu sözləri öz sosial şəbəkə hesabında paylaşıb. O, "Romantizm bəlası" yazısına gələn fikirlərə münasibətini bildirib:"Sonuncu yazımda istəmədiyim halda uzun-uzadı izah da vermişdim ki, bəzi oxucular yanlış anlamasın dediklərimi.Nəticədə, oxucular yox, yazıçılar yanlış anladı. Aqşin Yenisey, fikirləri ilə razılaşmasam da, mədəni, normal müzakirə etdi, cavab yazdı.Burda problem yoxdur".O, "Rəng mühəndisi" romanı haqqında bir neçə ay öncə yazdığı məqalənin romanın müəllifi Şərif Ağayar tərəfindən şəxsi qəbul olunduğunu iddia edib: "Amma Aşıq Ələsgərin çağdaşı, ustad Şərif Ağayar qəfil "ürəyini boşaldıb", "Söz analizi"nin növbəti sayını hazırlamağa getdi.Halbuki, o yazıda ondan nəinki birbaşa, heç dolayı da söhbət getmirdi. Yəqin ki, bir neçə ay öncə romanı haqqında tənqidimi şəxsi qəbul edib. Amma ədəbi mühitimizi az-çox tanıdığıma görə məyus olunacaq, təəssüf ediləcək bir şey yoxdur. Şərif bəy Nobel mükafatı alanda birinci özüm zəng vurub, təbrik edəcəm.Ümid edirəm, Nobel komitəsi prosesi çox gecikdirməz".

Uşaqları yəhudi olsa da, yəhudiləri sevməyən şair – Onu teatrdan niyə qovmuşdular?

"Aldadılmağıma icazə verdim" - Günter Qrass özünü niyə bağışlamırdı?

"Daha danışmağa sözüm qalmayıb..." - Ezra Paundu nə üçün dəmir qəfəsdə saxlamışdılar?

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
80
kulis.az

1Sources