EN

Noyabrın 4-dən 5-i gündüzədək hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Bakı, 3 noyabr, AZƏRTAC

Noyabrın 4-ü səhərdən 5-i gündüzədək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir.

Bu barədə AZƏRTAC-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, noyabrın 4-dən 5-i gündüzədək Azərbaycanın rayonlarının bəzi yerlərində də fasilələrlə yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.

Chosen
15
48
azertag.az

10Sources