EN

Putinin müttəfiqi Kiyevə döyüş silahları satmağa hazırdır

Serbiya döyüş sursatları Kiyevə verilsə belə, Avropa Birliyinə satmağa hazırdır.

Azreform.info xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandar Vuçiç “Cicero”ya müsahibəsində deyib.

Avropa Birliyinə silah-sursat satmağı təklif edən Prezident Vuçiç Serbiyanın böyük miqdarda silah, xüsusilə də minaatan mərmiləri istehsal etdiyini və anbarlarının dolu olduğunu vurğulayıb.

Bu sursatların Ukraynaya mümkün tədarükü ilə bağlı suala cavab olaraq Serbiya prezidenti bildirib ki, alıcı ölkə bu silah-sursatdan istədiyi kimi istifadə edə bilər. 

Vuçiç əlavə edib ki, Serbiya hərbi neytrallığı qoruyur. “Bununla belə Avropa ölkələri, o cümlədən Afrika və Asiya ölkələri ilə hərbi əməkdaşlığı genişləndirməyə hazırdır”, - vurğulayıb.

Mürtəza

Chosen
29
3
azreform.info

4Sources