EN

Dövlət nömrə nişanlarındakı çip həm maliyyətli, həm də praktiki və iqtisadi baxımdan səmərəsizdir

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Yeni hazırlanmış dövlət qeydiyyat nişanlarında çip elementlərinin tətbiqi nəzərdə tutulmur. Bizimyol.info xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, çiplər vaxtilə nəqliyyat vasitələrinə dair məlumatların elektron qaydada ötürülməsi və identifikasiyası məqsədilə nəzərdə tutulsa da, Mərkəzi İnformasiya Sisteminin yenilənməsi, eləcə də müasir radar, kamera və nömrə tanıma sistemlərinin təkmilləşdirilməsi nəticəsində bu funksionallıq artıq daha səmərəli və müasir texnoloji üsullarla həyata keçirildiyindən çiplərin tətbiqinə zərurət qalmayıb. Hazırda təqdim edilən dövlət qeydiyyat nişanları bütün texniki, təhlükəsizlik və keyfiyyət standartlarına tam cavab verir.

Qeyd edək ki, bu yenilik yalnız yeni verilən dövlət qeydiyyat nişanlarına aiddir və mövcud nömrə nişanlarının dəyişdirilməsinə ehtiyac yoxdur.

Çipli nömrələr nə işə yarayırdı və indi çipsiz nömrələr niyə ləğv olundu?Çipli və ya çipsiz nömrəli avtomobillər alqı-satqı prosesində hansısa dəyər itkisi yaşaya bilərmi?Çipsiz nömrəyə keçidin məqsədi nədir?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, nömrələrin istifadəsi vahid bir informasiya bazası üzərindən daha səmərəli şəkildə idarə olunur.

Aslan Əsədov

“Çiplə olan nömrələrin tədricən çipsiz nömrələrə keçməsi bu tədricən özündə müasir radar sistemlərinin, o cümlədən kamera sistemlərinin, nömrə tanıma proseslərinə keçid deməkdir. Bunun üçün müasir elektron avadanlıqlar gətirilmişdir və istifadə olunacaq. Məsələnin mahiyyəti ondan ibarətdir ki, əvvəllər istifadə olunan ənənəvi çip sistemləri artıq aktuallığını itirib, çünki nömrələrin istifadəsi vahid bir informasiya bazası üzərindən daha səmərəli şəkildə idarə olunur. Baza olduqda artıq bu və ya digər fəaliyyət mexanizmləri üzərində çalışdıqda nömrələr ümumi olaraq bir sürət həddi kimi göstərilməkdədir.

Burdan məsələnin əsas mahiyyətindən biri də ondan ibarətdir ki, nömrə tanıma sistemləri sürət həddinin aşılması zamanı, nömrə qeydiyyatı zamanı, avtomobillərin texniki baxış müddətinin, sığorta müddətinin keçməsi, yaxud hər hansı qayda pozuntusu üçün axtarışa veriləndə daha çox vacibdir. Amma bu funksiyaları yerinə yetirən yeni texnologiyalar mövcud olduqda, çip kimi bahalı qurğulardan istifadə etməyə ehtiyac qalmır. Çünki çip həm maliyyətlidir, həm də texnologiya inkişaf etdikcə onun istifadəsi praktiki və iqtisadi baxımdan səmərəsiz sayılır”-deyə Aslan Əsədov qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
33
bizimyol.info

1Sources