EN

Rusiyada güclü zəlzələ baş verib

Rusiyada

Sentyabr ayında baş verən güclü zəlzələdən sonra Rusiyanın Kamçatka yarımadası yenidən silkələnib.

Reyting.az
xəbər verir ki, Rusiyanın Sakit okeandakı vulkanik bölgəsi olan Kamçatkanın şərq sahillərində 6,4 bal gücündə zəlzələ qeydə alınıb.

Alman Yer Elmləri Tədqiqat Mərkəzi (GFZ) 6,4 bal gücündə zəlzələ baş verdiyini təsdiqləyib.

Zəlzələnin 28 kilometr dərinlikdə qeydə alındığı bildirilir.

Zərərin qiymətləndirilməsi işləri davam edir, hələlik itki və ya xəsarət alanlar barədə məlumat verilmir.

ABŞ Geoloji Xidməti (USGS) fərqli bir ölçmə yayımlayıb. ABŞ rəsmilərinin məlumatına görə, zəlzələnin maqnitudası 5,8, dərinliyi isə 24 kilometr olub.

Qeyd edək ki, Sakit okean Alov Halqasında yerləşən Kamçatka güclü zəlzələlər və vulkan püskürmələri ilə tez-tez gündəmə gəlir.

V. QULİYEV
Chosen
21
reyting.az

1Sources