EN

Ramiz Mehdiyev kimdir ki, onunla ünsiyyətim olsun? Səyyad Aran

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin haqqında ev dustaqlığı tədbiri görüldükdən sonra bir çox vəzifəli şəxsin onunla adı çəkilir. Ramiz Mehdiyevlə yaxın olduğu iddia edilən şəxslərdən biri isə Milli Məclisin deputatı Səyyad Arandır.Demokrat.az məsələ ilə bağlı Səyyad Aranla əlaqə saxlayıb. O bildirib ki, Ramiz Mehdiyevlə heç vaxt bir əlaqəsi olmayıb:“Mənim adımın Ramiz Mehdiyevlə hallanması Marsa uçan kosmonavtların sırasında adımın olması ilə bərabərdir. Mən YAP-ın yaradıcılarından biriyəm. O hara, mən hara? Mənim yolum bəlli, əqidəm bəllidir. Mən Heydər Əliyev məktəbi keçmişəm. Ramiz Mehdiyevlə heç vaxt ünsiyyətim olmayıb, o kimdir ki, onunla ünsiyyətim olaydı?”Cavidan Mirzəzadə

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
52
1
demokrat.az

2Sources