AZ

Səyyad Aran: "Ramiz Mehdiyev kimdir ki, onunla ünsiyyətim olsun?"

Səyyad

Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin haqqında ev dustaqlığı tədbiri görüldükdən sonra bir çox vəzifəli şəxsin onunla adı çəkilir. Ramiz Mehdiyevlə yaxın olduğu iddia edilən şəxslərdən biri isə Milli Məclisin deputatı Səyyad Arandır.

Reyting.az xəbər verir ki, Demokrat.az məsələ ilə bağlı Səyyad Aranla əlaqə saxlayıb. O bildirib ki, Ramiz Mehdiyevlə heç vaxt bir əlaqəsi olmayıb:

“Mənim adımın Ramiz Mehdiyevlə hallanması Marsa uçan kosmonavtların sırasında adımın olması ilə bərabərdir. Mən YAP-ın yaradıcılarından biriyəm. O hara, mən hara? Mənim yolum bəlli, əqidəm bəllidir. Mən Heydər Əliyev məktəbi keçmişəm. Ramiz Mehdiyevlə heç vaxt ünsiyyətim olmayıb, o kimdir ki, onunla ünsiyyətim olaydı?”
Seçilən
20
1
reyting.az

2Mənbələr