EN

Mehdiyevin köməkçisi 3 il əvvəl də həbs edilib

Ramiz Mehdiyev işinə görə dövlət çevrilişinə cəhddə iştirak ittihamı ilə həbs edilən Eldar Əmirovun 3 il əvvəl də həbs edildiyi məlum olub.

Missiya.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının sabiq əməkdaşı Eldar Qurban oğlu Əmirov həmin vaxt inzibati xətada təqsirli bilinib.

E.Əmirov 2022-ci ilin fevralında Yasamal Rayon Məhkəməsinin qərarı ilə 30 sutkalıq azadlıqdan məhrum edilib və 1 ay sonra azadlığa çıxıb.

Bu dəfə isə E.Əmirov daha ağır ittihamlarla həbs olunub. Belə ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə Eldar Əmirov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, E.Əmirov R.Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu vaxt Administrasiyanın əməkdaşı olub. Son vaxtlara kimi onun köməkçisi qismində fəaliyyət göstərib.

Chosen
22
5
missiya.az

6Sources