EN

“Real” oyunu öncəsi “Liverpul”da ciddi itki

“Liverpul” Çempionlar Liqasının 4-cü turunda “Real”ı qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, İngiltərə təmsilçisi matça ciddi itkisi ilə çıxacaq. Zədələnən Aleksandr İsak görüşdə iştirak etməyəcək. İsveçli hücumçu komandanın son məşqini də buraxıb.

Qeyd edək ki, 26 yaşlı forvard bu ilin sentyabrında “Nyukasl”dan 145 milyon avroya transfer olunub və 8 matçda 1 qol, 1 asistlə yadda qalıb.

Oyun sabah Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Chosen
91
idmanxeber.az

1Sources