EN

Azərbaycanın turizm imkanları Pakistanda tanıdılıb – FOTO 

Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 27–31 oktyabr tarixlərində Pakistanın Lahor, Karaçi və İslamabad şəhərlərində bir sıra təqdimat tədbirləri keçirilib.

Doğru.az xəbər verir ki, məqsəd Pakistan turizm sənayesi nümayəndələrinin Azərbaycan haqqında məlumatlılığını artırmaq olub. Tədbirlərdə “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi, “Absheron Hotel Group” və iki yerli turizm şirkəti iştirak edib.

Pakistanın 200-dən çox turizm sənayesi nümayəndəsi və 21 media təmsilçisinin qatıldığı görüşlərdə B2B formatlı əməkdaşlıq müzakirələri aparılıb, həmçinin Azərbaycanın turizm potensialı, sağlamlıq turizmi və biznes tədbirləri üzrə imkanları təqdim edilib.

İslamabadda baş tutan tədbir zamanı Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid ilə Pakistan Baş nazirinin turizm məsələləri üzrə milli koordinatoru Sərdar Yasir İlyas Xan arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Qeyd edək ki, 2025-ci ilin ilk doqquz ayında Pakistandan Azərbaycana 66 mindən çox turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz artım deməkdir.

DOĞRU.AZ

image-img-20251103-wa0059 image-img-20251103-wa0056 image-img-20251103-wa0057 image-img-20251103-wa0061

Chosen
52
12
dogru.az

10Sources