EN

Paşinyan 4 cü Respublika qurmağa, tarixə real baxmağa və ictimaiyyətə gerçək tarixi izah etməyə çalışır

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ermənilərin Türkiyə və Azərbaycana dair kök salmış təsəvvürləri sovet təbliğatı tərəfindən formalaşdırılıb. "Biz "Türklər heç vaxt dəyişmir" deyəndə Türkiyədə də eyni şeyi ermənilər haqqında deyirlər. Biz "Azərbaycana necə etibar edə bilərik?" deyəndə də eyni şeyi ermənilər haqqında deyirlər. Biz "Tarixdən heç nə öyrənməmişik" deyəndə də "Ermənilərlə sülh istəyirsinizsə, tarixdən heç nə öyrənməmisiniz" deyirlər", - deyə Paşinyan qeyd edib. Baş nazir qeyd edib ki, Ermənistan cəmiyyəti "KQB agentləri tərəfindən bizim üçün formalaşdırılan dünyagörüşündən azad olmalıdır".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Nikol Paşinyanın açıqladığı Bizə KQB agentləri tərəfindən formalaşdırılmış dünyagörüşündən azad olmalıyıq” fikrində həqiəqət var, çünki saxta erməni soyqırımı məsələsi SSRİ-nin DTK-sı tərəfindən uydurlmuş bir ideologiyadır, yəni 1952-ci ildə Türkiyə NATO-ya üzv qəbul olunandan sonra sovet hakimiyyəti SSRİ sərhədlərində təhlükəsilziyi qorumaq üçün belə bir ideya ortaya ataraq türklərin ermənilərə düşmən olduğunu beyinlərinə yürütmüşdür.

Azər Badamov

“1952-ci ilə qədər erməni soyqırımı ilə bağlı hər hansı bir fikir dövrüyyədə olmamışdır. Bu baxımdan DTK-nın ortaya gətirdiyi saxta erməni soyqırımı ideologiyası uzun illər Türkiyə ilə Ermənistan arasında gərginliyin yaşanmsına gətirib çıxarmışdır. Saxta erməni soyqırımı ilə bağlı Serj Sarkisyanın prezidentliyi dövründə beynəlxalq auditoriyalarda bəyanatlar sələndirəndə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistana arxivləri açmağa hazır olduğunu və bu məsələni araşdırmağına dəvət etmişdi. Amma Ermənistandan bir cavab gəlməmişdi”-deyən deputat qeyd edib ki, indi Paşinyan 4-cü Respublika qurmaq ideyasını həyata keçirməyə çalışır, ona görə də tarixə real baxmağa və ictimaiyyətə tarixi olduğu kimi izah etməyə çalışır.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
40
bizimyol.info

1Sources