EN

Tramp yenə Ermənistan Azərbaycan münaqişəsini xatırlatdı

Unikal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Bu müharibə (Rusiya və Ukrayna arasında – red.) Co Baydenin müharibəsidir, mənim yox. Mən bu axmaq müharibəni miras almışam. Bu müharibə heç vaxt baş verməməli idi. Mən prezident olsaydım, heç vaxt baş verməzdi".

"Unikal" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp "CBS News"a verdiyi müsahibədə bildirib.

"Sonra seçkilər saxtalaşdırıldı və səslər oğurlandı. İndi isə geri qayıtdım və bu problemi həll edəcəyəm. Dayandırdığım müharibələrin qısa siyahısını gətirdim: Kamboca və Tailand, Kosovo və Serbiya, Konqo və Ruanda, Pakistan və Hindistan, İsrail və İran, Misir və Efiopiya, Ermənistan və Azərbaycan. Baxın, İsrail və HƏMAS-da gərgin vəziyyət davam edir. Bu, çətin bir vəziyyətdir, amma həll ediləcək. Doqquz müharibədən səkkizini dayandırdım", - deyə Tramp qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
61
2
unikal.az

3Sources