EN

Sevan deyil, Göyçədir! Tarixi XƏRİTƏ

ain.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyev bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) çıxışı zamanı Göyçə gölündən bəhs edib.

"O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb. O xəritələri biz tərtib etməmişik ki, kimsə desin biz burada saxtakarlıq eləyirik. Bunu çar Rusiyası edib. ...Yəni, bu xəritələr tamamilə tarixi həqiqətə əsaslanan xəritələrdir", - dövlət başçısı bildirib.

Modern.az xəbər verir ki, Qərbi Azərbaycan İcmasının rəhbəri Əziz Ələkbərli sözügedən xəritələrdən birini paylaşıb.

Onun paylaşdığı sənəd 1827-ci ilə aid tarixi xəritədir.

Xəritədə Göyçə gölü öz tarixi adı ilə göstərilib.

Həmin xəritəni təqdim edirik:

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
26
2
modern.az

3Sources