EN

"Tikəmizi də tapmayacaqlar" - Qəza anı (VİDEO)

Xəbər verdiyimiz kimi, Bakı-Qazax avtomagistralının Göygöl rayonun ərazisindən keçən hissəsində "Mercedes" markalı minik maşını idarəetmədən çıxıb.

"Unikal" xəbər verir ki, qəza nəticəsində minik maşını yol kənarındakı dəmir arakəsməyə çırpılıb, daha sonra yolun kənarına aşıb. Nəticədə minik maşını sürücüsü - Göygöl rayonun Yeni Qızılca kənd sakini avtomobilin sürücüsü 1998-ci il təvəllüdlü Elvin Məmmədov və 2009-cu il təvəllüdlü İsbi Alıyev hadisə yerində ölüblər.

Qəzaya Elvin Məmmədovun avtomobili yüksək sürətlə idarə etməsi səbəb olub. Nəticədə minik maşını şosse yoldan çıxaraq aşıb. 2008-ci il təvəllüdlü S. Əsgərov və 2009-cu il təvəllüdlü T. Süleymanov isə ağır yaralanıb.

Qəza anının videosunu təqdim edirik: 

Chosen
77
2
unikal.az

3Sources