EN

Özbəkistan ABŞ vətəndaşları üçün vizasız rejim tətbiq edib

Özbəkistan ABŞ vətəndaşları üçün vizasız rejim tətbiq edib.
1 yanvar 2026-cı il tarixindən etibarən ABŞ vətəndaşları Özbəkistana 30 günə qədər vizasız səfər edə biləcəklər. Müvafiq fərman Prezident Şavkat Mirziyoyev tərəfindən imzalanıb və sənəd milli qanunvericilik bazasında dərc edilib. Bu barədə Telegram-dakı yerli UzA nəşri məlumat verib.

Fərmanda vurğulanır ki, qərar Özbəkistan və ABŞ arasında ticarət, iqtisadi, mədəni, humanitar və turizm əlaqələrinin inkişafı üçün əlverişli şərait yaratmaq məqsədi daşıyır.

28 oktyabrda Mirziyoyevin gələn həftə ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona uçacağı açıqlanıb.

Chosen
40
6
interpress.az

10Sources