AZ

Özbəkistan ABŞ vətəndaşları üçün vizasız rejim tətbiq edəcək

Özbəkistan 2026-cı il yanvarın 1-dən ABŞ vətəndaşları üçün vizasız rejim tətbiq edəcək.

Moderator.az xəbər verir ki, Özbəkistan Prezidenti Şövkət Mirziyayev bununla bağlı müvafiq fərman imzalayıb.

Sənədə əsasən, ABŞ vətəndaşları ölkəyə daxil olduqları tarixdən etibarən Özbəkistanda 30 günə qədər vizasız qala biləcəklər.

Bəyanatda bildirilib ki, bu addım ikitərəfli münasibətlərin gücləndirilməsinə, turist mübadiləsinin stimullaşdırılmasına və ölkənin açıq və qonaqpərvər səyahət məkanı kimi beynəlxalq imicinin inkişaf etdirilməsinə yönəlib.

Seçilən
22
6
moderator.az

10Mənbələr