ABŞ-nin Miçiqan ştatında İŞİD tərəfdarları tərəfindən planlaşdırılan terror aktının qarşısı alınıb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-nin baş prokuroru Pamela Bondi bildirib.
Onun sözlərinə görə, məxfiləşdirilməmiş məhkəmə prosesi İŞİD-ə bağlı böyük bir terror planını ortaya qoyur.
"Miçiqan ştatının şərq dairəsində bir neçə şəxs həbs edilib. Onların çoxsaylı AR-15 tüfəngləri, taktiki avadanlıqları və ABŞ ərazisinə hücum üçün ətraflı planı olub", - Bondi deyib.