EN

Amazon və OpenAI arasında əməkdaşlıq qurulub

Banco.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Amazon” bulud hesablama platforması Amazon Web Services (AWS) və “OpenAI” arasında 38 milyard dollarlıq strateji əməkdaşlıq müqaviləsi elan edib.

Banco.az xəbər verir ki, “Amazon” tərəfindən verilən açıqlamada, AWS və “OpenAI” arasında 7 illik strateji tərəfdaşlıq qurulduğu bildirilib.

Məlumatda qeyd olunub ki, bu əməkdaşlıq çərçivəsində “OpenAI”a AWS-nin infrastrukturuna dərhal və artan şəkildə çıxış imkanı təqdim ediləcək. Bununla da “OpenAI” yüz minlərlə “Nvidia” qrafik prosessoruna (GPU) çıxış əldə edərək süni intellekt modellərini işlədə və təlim etdirə biləcək.

Açıqlamaya görə, 38 milyard dollarlıq bu razılaşma “OpenAI”a hesablama gücünü sürətlə artırmağa və AWS-nin qiymət, performans, miqyas və təhlükəsizlik üstünlüklərindən yararlanmağa imkan verəcək.

“OpenAI”nın bu əməkdaşlıq çərçivəsində AWS hesablama resurslarından dərhal istifadə etməyə başlayacağı, bütün infrastrukturun isə 2026-cı ilin sonuna qədər tam istifadəyə veriləcəyi, həmçinin 2027-ci ildən sonra genişlənmə imkanlarının mövcud olduğu vurğulanıb.

Açıqlamada fikirlərinə yer verilən “OpenAI”ın baş icraçı direktoru (CEO) Sam Altman sərhədləri aşan süni intellektin böyük və etibarlı hesablama gücü tələb etdiyini bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
66
1
banco.az

2Sources