EN

“Çox qazananda dostlara da çox pul xərclədim”

Belçikalı yarımmüdafiəçi Radca Nainqqolan pul və qazancla bağlı münasibətindən danışıb.

90deqiqe.Az xəbər verir ki, o, bu barədə tanınmış belçikalı bloqer Junior Fertonqenlə birgə çəkilən “Take a Seat” adlı podkastda fikirlərini bölüşüb.Təcrübəli futbolçu ilk ciddi qazancını “Kalyari” klubunda əldə etdiyini bildirib:

“Təxminən üç min avro maaş alırdım və bu, o vaxt üçün pis göstərici deyildi. Amma tez başa düşdüm ki, daha çox qazanmaq lazımdır. Problem isə ondadır ki, çox qazanmağa başlayanda çox da xərcləməyə başladım. Xüsusilə dostlara çox pul xərcləyirdim. Onlara bir çuval pul xərclədim.”

Radja Nainggolan karyerası ərzində İtaliyada “Kalyari” ilə yanaşı, “Roma” və “İnter” klublarının da formasını geyinib.

Chosen
77
90deqiqe.az

1Sources