EN

Almaniyanın vitse-kansleri Rusiyadan bütün polad idxalını dayandırmağa çağırdı

“Siz bizim polad sənayemizdə çalışan işçiyə izah edə bilməzsiniz ki, niyə Avropanın polad bazarı hələ də Putin üçün açıqdır”.

Teleqraf xəbər verir ki, bunu Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbeyl "DPA" agentliyinə deyib

Siyasətçi vurğulayıb ki, Rusiyada istehsal olunan və Aİ-də emal edilən polad plitələri hələ də sanksiyalardan azaddır.

Noyabrın 6-da Berlində keçiriləcək "polad sammiti" ərəfəsində Klinqbeyl deyib: "Daha çox yerli, ekoloji cəhətdən təmiz, yüksək keyfiyyətli poladdan istifadə etməliyik. İnfrastrukturumuzda və avtomobil sənayesində yerli poladdan istifadəyə üstünlük verməliyik".

Chosen
61
teleqraf.com

1Sources