“Siz bizim polad sənayemizdə çalışan işçiyə izah edə bilməzsiniz ki, niyə Avropanın polad bazarı hələ də Putin üçün açıqdır”.
Teleqraf xəbər verir ki, bunu Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbeyl "DPA" agentliyinə deyib
Siyasətçi vurğulayıb ki, Rusiyada istehsal olunan və Aİ-də emal edilən polad plitələri hələ də sanksiyalardan azaddır.
Noyabrın 6-da Berlində keçiriləcək "polad sammiti" ərəfəsində Klinqbeyl deyib: "Daha çox yerli, ekoloji cəhətdən təmiz, yüksək keyfiyyətli poladdan istifadə etməliyik. İnfrastrukturumuzda və avtomobil sənayesində yerli poladdan istifadəyə üstünlük verməliyik".