EN

Xəzər sahilində ölü suitilər aşkarlandı

Qazaxıstanın Tupqarağan rayonunun Bautino kəndi yaxınlığında, Xəzər dənizinin sahilində suiti cəsədləri tapılıb.

Axar.az “Kazinform” agentliyinə istinadla xəbər verir ki, bu barədə yerli sakinlər aidiyyəti orqanlara məlumat verib.

Onlardan ikisinin boğazına balıqçı torları dolaşmış vəziyyətdə olub. Toyuqlu pizza

Mangistau vilayətinin balıq ehtiyatlarının mühafizəsi idarəsi məlumat yayıb ki, faktla bağlı hadisə yerinə bütün səlahiyyətli qurumların inspektorları ezam edilib.

Xatırladaq ki, bu ilin may ayında Mangistau sahillərində 279, iyul ayında isə Aktau sahilində bir ölü suiti aşkarlanmışdı.


Telegram kanalımız
Chosen
27
13
yenisabah.az

10Sources