EN

ABŞ vətəndaşları 2026-cı ildən Özbəkistana vizasız səfər edə biləcəklər

BAKI, 4 noyabr. TELEQRAF

ABŞ vətəndaşları 2026-cı il yanvarın 1-dən etibarən Özbəkistana 30 günədək vizasız səyahət edə biləcəklər.

Teleqraf xəbər verir ki, bu barədə qərar Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən noyabrın 3-də imzalanmış fərmanla təsdiqlənib.

Sənəddə bildirilir ki, bu addım iki ölkə arasında ticarət, iqtisadi, mədəni və humanitar əlaqələrin inkişafına şərait yaratmaq, eləcə də turizm sahəsində qarşılıqlı mübadiləni təşviq etmək məqsədi daşıyır.

Qeyd edək ki, 2021-ci ildən etibarən 55 yaşdan yuxarı ABŞ vətəndaşlarına turizm məqsədilə Özbəkistana 30 günə qədər vizasız səfər etməyə icazə verilir.

Chosen
33
13
teleqraf.com

10Sources