EN

İlham Əliyevin mesajına İrəvandanREAKSİYA

“Bunda heç bir təhlükə görmürəm, deyir ki, maşınlarla geri dönməliyik, tanklarla yox”.

 

Publika.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycan Prezidenti İlham Əliyevin bugünkü mesajını şərh edərkən deyib.

 

“Yəni deyir ki, məsələ müharibə ilə həll olunmayacaq. Biz də Qarabağ sakinlərinin (könüllü getmiş ermənilərin) qayıtmasından bəhs edərkən, tanklardan danışırıq?”, - spiker jurnalistlərin müvafiq sualını cavablandırarkən qeyd edib.

 

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı səsləndirdiyi mesaj belədir: “Azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqı və dövlətini qorxutmamalıdır. Mən bunu artıq bir müddət bundan əvvəl demişəm. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq”.

Chosen
35
6
senzor.az

7Sources