EN

İsveçin COP30 sammitinə nazirsiz qatılması mübahisə yaradıb

Bakı. Trend:

İsveçin noyabrda Braziliyada keçiriləcək COP30 iqlim sammitinəhökumət üzvlərindən heç birini göndərməyəcəyi məlum olduqdan sonrakeçmiş xarici işlər naziri Marqot Vallström iqlim naziri RominaPurmuhtarini kəskin tənqid edib.

Trend xəbər verirki, sammitdə İsveç nümayəndə heyətinə iqlim səfiri Mattias Frumerirəhbərlik edəcək.

Marqot Vallström bu qərarı Purmuhtarinin fəaliyyətsiz nazirlikdövrünün “faciəvi sonu” kimi qiymətləndirib və bildirib ki,Stokholm bu cür mühüm beynəlxalq tədbirdə hökumət səviyyəsindətəmsil olunmalı idi.

Hazırkı iqlim naziri Romina Purmuhtari isə hamilə olduğunu, Zikavirusuna yoluxma riskinə görə səfər edə bilməyəcəyini və ÜmumdünyaSəhiyyə Təşkilatı ilə həkimlərin tövsiyələrinə əməl etdiyiniaçıqlayıb.

Liberallar Partiyasının lideri Simona Mohamsson Purmuhtarinimüdafiə edərək, nazirlərin ailə həyatını dövlət xidməti iləbirləşdirmək hüququna malik olduğunu vurğulayıb. Lakin Vallströmhesab edir ki, Purmuhtari səfəri hökumətin başqa bir üzvünə həvaləetməli idi.

Chosen
68
az.trend.az

1Sources