EN

İndoneziyaya ilk A400M hərbi nəqliyyat təyyarəsi təhvil verilib

“Airbus Defence and Space” şirkəti İndoneziya Müdafiə Nazirliyinə ilk A400M hərbi nəqliyyat təyyarəsini təhvil verib.

“Poliqon” “Airbus”a istinadən xəbər verir ki, bu hadisə İndoneziyanın hərbi nəqliyyat imkanlarını modernləşdirmək səylərində mühüm bir mərhələni ifadə edir.

Bildirilib ki, hərbi nəqliyyat təyyarəsi İndoneziya Hərbi Hava Qüvvələri tərəfindən istismar olunacaq.

Həmçinin “Airbus” İndoneziya Hərbi Hava Qüvvələrinə təyyarənin problemsiz istismara daxil olmasını təmin etmək məqsədilə geniş təlim və texniki dəstək xidmətləri göstərəcək.

Xatırladaq ki, bu, İndoneziyanın 2021-ci ildə sifariş verdiyi iki A400M təyyarəsindən birincisidir. İkinci təyyarənin 2026-cı ildə təhvil verilməsi planlaşdırılır.

Chosen
43
poliqon.az

1Sources