EN

Yaxın zamanda ortaq türk tarixi haqqında kitab çap olunacaq

TDT Ağsaqqallar Şurası tərəfindən həyata keçirilən işlər, verilən tövsiyələr dövlət başçılarımız tərəfindən təqdir edilir.

APA xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binali Yıldırım Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının 18-ci iclasındakı çıxışında deyib.

O, dövlət başçılarının dəstəyinin Ağsaqqallar Şurasının fəaliyyətini daha da çox təşviq etdiyini bildirib.

Binali Yıldırım türk dövlətlərinin ortaq tarixinin araşdırılmasından danışaraq qeyd edib ki, qardaş ölkələr müştərək tariximizin öyrənilməsi prosesini davam etdirir.

TDT Ağsaqqallar Şurasının sədri yaxın zamanda ortaq türk tarixi haqqında kitab çap olunacağını da əlavə edib.

Chosen
40
4
apa.az

5Sources