AZ

Ortaq türk tarixi haqqında kitab çap olunacaq

"TDT Ağsaqqallar Şurası tərəfindən həyata keçirilən işlər, verilən tövsiyələr dövlət başçılarımız tərəfindən təqdir edilir".

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binali Yıldırım Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının 18-ci iclasındakı çıxışında deyib.

O, dövlət başçılarının dəstəyinin Ağsaqqallar Şurasının fəaliyyətini daha da çox təşviq etdiyini bildirib.

Binali Yıldırım türk dövlətlərinin ortaq tarixinin araşdırılmasından danışaraq bildirib ki, qardaş ölkələr müştərək tariximizin öyrənilməsi prosesini davam etdirir.

Qeyd edək ki, TDT Ağsaqqallar Şurasının sədri yaxın zamanda ortaq türk tarixi haqqında kitab çap olunacağını da əlavə edib.

Seçilən
23
4
kulis.az

5Mənbələr