2026-cı ildə səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmalar 600 milyon manat məbləğində nəzərdə tutulur. Bu da 2025-ci ilin proqnozu ilə müqayisədə 12,2 milyon manat və ya 2 faiz azdır. 2024-cü ilin icrası ilə müqayisədə 22,2 milyon manat və ya 3,8 faiz çoxdur.
Teleqraf xəbər verir ki, bu barədə 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
2025-ci ilin proqnozu ilə müqayisədə azalmaya səbəb ARDNŞ üzrə dividend ödənişlərinin 12 milyon manat və ya 2,6 faiz azaldılaraq 450 milyon manat nəzərdə tutulması ilə bağlıdır.