EN

"Bavariya" UEFA-ya etiraz etdi

style='margin-bottom:10px;'>

"Bavariya" Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda PSJ-yə qarşı keçirəcəkləri səfər oyunu öncəsi UEFA-ya etiraz edib.

QOL.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Münhen təmsilçisinin etirazına səbəb Paris Polis Prefekturasının əmrləridir. 

Qurumun sərəncamına əsasən, azarkeşlərin gediş-gəlişi tənzimlənib və xüsusi polis postu yaradıb. Bu, stadiona gələn bütün azarkeş avtobuslarına şamil edilib və onlardan matçdan əvvəl şəhərdən kənarda ödəniş məntəqəsində toplaşmalarını tələb olunub. Həmçinin şəhər polisi bütün digər "Bavariya" azarkeşlərinin stadiona yalnız ictimai nəqliyyatla getməsini tələb edib. Matçdan sonra avtobuslar yalnız polis nəzarəti altında şəhərdən kənara çıxarılacaq.

Almaniya klubu isə polisin qərarını əsassız və gecikmiş hesab edir. "Bavariya" Paris polisinin bu yolla azarkeşlərin stadiona getməsinə maneə yaratdığını düşünür. PSJ-nin isə bu məsələdə "Bavariya"nı dəstəklədiyi qeyd edilir.

Xatırladaq ki, sözügedən görüş bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Chosen
44
1
teleqraf.com

2Sources